Meksikanın Azərbaycandakı səfiri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru arasında görüş keçirilib

Meksikanın Azərbaycandakı səfiri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru arasında görüş keçirilib
# 16 fevral 2016 14:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Meksikanın Azərbaycandakı səfiri cənab Rodriqo Labardini ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru cənab Ədalət Muradov arasında görüş keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə səfirə milli təhsil sistemi, universitet haqqında ümumi məlumat verilib və elektron dərslər sahəsində əldə olunan son uğurlardan bəhs olunub. Ədalət Muradov rəhbərlik etdiyi təhsil ocağının xarici universitetlərlə olan əməkdaşlıq əlaqələrindən danışıb. R.Labardini, öz növbəsində, ölkəsinin təhsil sisteminə toxunub, Meksika iqtisadiyyatının əsas xüsusiyyətləri və bugün dünyada tutduğu yerindən söhbət açdı.

Tərəflər təhsil sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR