Beynəlxalq Bankın 2 mlrd. manatlıq problemli aktivləri təmizlənib

Beynəlxalq Bankın 2 mlrd. manatlıq problemli aktivləri təmizlənib
# 25 dekabr 2015 08:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqinə yenidən baxıb.

"APA-Economics"in verdiyi xəbərə görə, agentlik bankın kredit reytinqini "BB" səviyyəsində saxlayıb.

Agentliyin mütəxəssisləri bildirir ki, bu qərar Azərbaycan hökumətinin bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi dəstəyi əks etdirir.

Məlumatda qeyd edilib ki, noyabr ayında və dekabr ayının əvvəlində bankın 2 mlrd. manat həcmində problemli krediti təmizlənib: "Bank bundan əldə olunan vəsaitin böyük qismini xarici valyutaya konvertasiya edib. Qalan 1 mlrd. manat həcmində problemli kreditin cari ilin sonuna qədər təmizlənməsi planlaşdırılır".

Bankın rəhbərliyindən "Fitch"ə verilən məlumata görə, aktivlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bütün zəruri addımlar atılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR