Mövlud Çavuşoğlu: “Bizim Moskva ilə Suriyaya dair yaxşı əməkdaşlığımız var”

Mövlud Çavuşoğlu: “Bizim Moskva ilə Suriyaya dair yaxşı əməkdaşlığımız var”
# 23 sentyabr 2016 00:23 (UTC +04:00)

Bakı-APA. Moskva və Ankara arasında Suriya ilə bağlı yaxşı əməkdaşlıq mövcuddur. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Rusiya ilə Suriyaya dair yaxşı əməkdaşlığımız var. Bu o demək deyil ki, biz həmişə razılaşırıq. Lakin, əvvəllər ciddi fikir ayrılığı olan məsələlər üzrə hazırda yaxşı dialoq mövcuddur”, - deyə Çavuşoğlu Moskva və Ankara arasında Suriyaya dair əməkdaşlıqla bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, dialoq açıq və səmimi şəkildə aparılır: “Mübadilə etdiyimiz informasiya böhran yaranacağı təqdirdə çox vacibdir. İki ölkə arasında hazırda etimad mövcuddur. Siyasi səviyyədə - nazirliklər kəşfiyyat səviyyəsində müxtəlif əlaqələndirmə mexanizmləri mövcuddur. Bu mexanizm çox effektiv olub”, - deyə Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR