“Azəryol” polşalı legionerlə müqaviləyə xitam verib

“Azəryol” polşalı legionerlə müqaviləyə xitam verib
# 03 dekabr 2015 07:53 (UTC +04:00)

Bakı – APA. “Azəryol” mövsümün əvvəlində transfer etdiyi Kinqa Kasprjakla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı polşalı hücumçu ilə müqaviləyə xitam verilməsi onun yaxşı formada olmamasıdı.

1 illik zədədən sonra Bakı klubuna transfer olunan Kasprjak artıq çəkidən də əziyyət çəkir. Hazırda ölkəsində məşqlərini davam etdirən oyunçunun əvvəlki gücünü yığması üçün zamana ehtiyacı var.

Qeyd edək ki, Kasprjak klubun ilkin hazırlıq prosesinə qatılsa da, komandanın heyətində meydana çıxmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR