Qüdsdə avtobus partladılıb, 21 nəfər yaralanıb - YENİLƏNİB

Qüdsdə avtobus partladılıb, 21 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 18 aprel 2016 20:33 (UTC +04:00)

Bakı-APA. Qüdsdə avtobusda bomba partladılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfeld bəyan edib.

“Mütəxəssislər avtobusda partlayıcı qurğunun işə düşməsini artıq təsdiqləyiblər. Son məlumata əsasən, insident nəticəsində 21 nəfər yaralanıb. Hazırda polis iki versiya üzərində işləyir: partlayıcı qurğunun əvvəlcədən avtobusa yerləşdirilməsi və yaxud partlayışın terrorçu-kamikadze tərəfindən törədilməsi”, deyə polis nümayəndəsi bildirib.

***

20:31

Bakı-APA. Qüdsdə avtobusun partlaması nəticəsində 16 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Tibbi xidmətinin nümayəndəsi bildirib.

Polis partlayışın terror aktı olduğunu istisna etmir. Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR