İndiyədək Bakı sahibkarlarına SKMF xətti ilə 307 mln. manat güzəştli kredit verilib

İndiyədək Bakı sahibkarlarına SKMF xətti ilə 307 mln. manat güzəştli kredit verilib
# 29 mart 2016 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Xəzər rayonunun Zirə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, forumda 70-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 307 mln. manat güzəştli kredit verilib: "Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, logistik mərkəzlərin, ət emalı, metal konstruksiya, neft-kimya sənayesi avadanlıqları, mebel və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb".

Forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkara 3,2 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR