Nazirlik: Bu günədək Tarif Şurası tərəfindən 2183 adda dərman vasitəsinin qiyməti təsdiqlənib

Nazirlik: Bu günədək Tarif Şurası tərəfindən 2183 adda dərman vasitəsinin qiyməti təsdiqlənib
# 20 oktyabr 2015 15:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı 4600-ə yaxındır.

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, bu günədək 2183 adda dərman vasitəsinin qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənib:

“Bunlardan 1104-nün təsdiqlənmiş qiymətləri qüvvəyə minib, qalan 1079 adda dərman vasitəsinin təsdiqlənmiş qiymətləri bu ilin 1 dekabr tarixindən qüvvəyə minəcək. Hamı razılaşar ki, real qiymətindən 300-500 faiz baha satılan dərman vasitələrinin idxalının dayanması və əczaçılıq bazarından çıxması sevindirici haldır”.

P. Əzizbəyov qeyd edib ki, dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurası tərəfindən təsdiqləndikcə, eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq.

Qeyd edək ki, 2014-cü ilin 16 dekabr tarixində “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsinə dair müddəa təsbit edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR