ETSN: Badamdar və Bayıl sürüşmə sahələrindəki mayaklarda dəyişiklik yoxdur

ETSN: Badamdar və Bayıl sürüşmə sahələrindəki mayaklarda dəyişiklik yoxdur
# 28 mart 2016 09:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ekspedisiyanın əməkdaşları Badamdar və Bayıl sürüşmə sahələrinə baş çəkiblər. Həmin ərazilərdəki sürüşmə sahələrində quraşdırılmış mayaklarda hər hansı bir yeni çat qeydə alınmayıb”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O qeyd edib ki, paytaxtın Səbail və Yasamal rayonlarında müşahidə nöqtələri var: “Bu gün səhər olan məlumata görə, həmin müşahidə nöqtələrində heç bir dəyişiklik yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR