Səudiyyə Ərəbistanında terrorçu-kamikadze məsciddə özünü partladıb

Səudiyyə Ərəbistanında terrorçu-kamikadze məsciddə özünü partladıb
# 26 oktyabr 2015 17:38 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanın Nəcran şəhərində terrorçu-kamikadze məsciddə özünü partladıb,

APA-nın xəbərinə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Məlumata əsasən, nəticədə azı 2 nəfər ölüb. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Hələ ki partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR