Bakıda restoranda müştərilər arasında mübahisə güllələnmə ilə nəticələnib - YENİLƏNİB

Bakıda restoranda müştərilər arasında mübahisə güllələnmə ilə nəticələnib - <span style="color: red;">YENİLƏNİB
# 22 aprel 2016 00:30 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda restoranlardan birinin qarşısında mübahisə zamanı güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir. Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.

Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.

Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.

Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır.

***** 02.13

Bakı. Fərahim Qasımov-APA. Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə yerləşən "Bulaq" restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib. Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.

Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib. Hazırda ərazidə cəlb olunan polis əməkdaşlarından APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, atəş "Makarov" tipli tapançadan açılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR