Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 09 sentyabr 2016 14:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədi ilə əmr imzalayıb.

Əmrə əsasən, sentyabrın 12-dən 14-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizə gücləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR