Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatının nəticələri açıqlanıb

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatının nəticələri açıqlanıb
# 28 sentyabr 2016 15:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik Hesabatının 2016-2017- ci illərə görə nəticələri açıqlanıb.

Müəllif Hüquqları Agentliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan 2015-2016-cı illərdə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında tutduğu yerlə müqayisədə 3 pillə irəliləyərək 138 dövlət arasında 4.55 balla 37-ci yeri tutub.

Azərbaycan Əqli Mülkiyyət Hüquqlarının qorunması göstəricisinə görə 71-ci yeri tutaraq MDB üzrə ilk üçlüyə daxil olub, Cənubi Qafqaz ölkələri arasında lider dövlət olub. Müqayisə üçün deyək ki, bu indeks üzrə Ermənistan 84-cü, Gürcüstan isə 99-cu yeri tutub. Azərbaycan bu göstəriciyə görə Avropa dövlətlərindən Macarıstanı (85-ci yer), Xorvatiyanı (87), Bolqarıstanı (116) və Bosniya-Herseqovinanı (132) geridə qoyub.

İnnovasiyalara görə Azərbaycan 44-cü yeri tutaraq Tacikistanı (46), Rusiyanı (56), Ukraynanı (52), Qazaxıstanı (59), Ermənistanı (87), Gürcüstanı (116), Qırğızıstanı (123) və Moldovanı (133) geridə qoyub, bu göstərici üzrə MDB-də 1-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR