APA TV-də “Muzey, İrs, Tarix” verilişi efir həyatına başlayır - ANONS

APA TV-də “Muzey, İrs, Tarix” verilişi efir həyatına başlayır - <span style="color: red;">ANONS
# 04 noyabr 2015 10:27 (UTC +04:00)

Bu aydan etibarən APA TV-nin efirində yeni veriliş yayıma başlayır. “Muzey, İrs, Tarix” adlanan proqram mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə olan muzeylərimizə həsr olunub. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda mövcud olan muzeylərin fəaliyyəti, burada saxlanan eksponatlar haqqında tamaşaçıları maarifləndirməkdir. “Muzey, İrs, Tarix” verilişinin ilk buraxılışı Azərbaycan Tarixi Muzeyinin Hacı Zeynalabdin Tağıyevə aid bölməsinə həsr olunub. Layihə çərçivəsində tamaşaçılar müxtəlif görkəmli ictimai və tarixi şəxsiyyətlərin ev muzeyləri ilə virtual tanışlıq imkanı qazanacaq, paytaxt və bölgələrdə fəaliyyət göstərən müxtəlif profilli muzeylərin, o cümlədən tarix-diyarşünaslıq, etnoqrafik muzeylərin fəaliyyəti barədə məlumat əldə edə biləcəklər. “Muzey, İrs, Tarix” proqramının layihə rəhbəri və aparıcısı Türkan Məmmədlidir. Proqramı hər həftənin cümə günü saat 11.30-da APA TV-də canlı izləyə bilərsiniz. Tamaşaçıların proqramın efirə getmiş buraxılışlarını APA TV-nin internet səhifəsində yaradılmış “Muzey, İrs, Tarix” bölməsində də izləmək imkanı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR