Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Aprel

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Aprel
# 14 aprel 2016 18:10 (UTC +04:00)

YORUM...

Əslində Ermənistanın Rusiyanın inteqrasiya layihələrindən çıxması və Moskvanın təsir dairəsindən uzaqlaşması mümkün deyil. Bunu Ermənistan rəhbərliyi də, Kreml də çox yaxşı bilir. Və Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmaqda məqsədi heç də iqtisadi mənfəət götürmək deyil. Ermənistan Rusiyanın yaratdığı layihələrdə iştirak etməklə əslində öz təhlükəsizliyinə zəmanət almış olur.

Əks halda, Azərbaycan və Türkiyənin əhatəsində sıxılacağını və Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdiyi torpaqları əlində saxlaya bilməyəcəyini başa düşür. Erməni deputatın təşəbbüsü və İrəvanda Rusiya əleyhinə keçirilən mitinq isə Rusiya rəhbərliyinə təzyiq məqsədi güdür. Bununla Ermənistan rəhbərliyi Kremlə nümayiş etdirmək istəyir ki, erməni cəmiyyətində Rusiyadan narazılıq artır və Moskva Ermənistana daha ciddi siyasi-hərbi dəstək verməlidir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR