FETÖ-nün "Hərbi Dəniz Qüvvələri imamı" saxlanılıb

FETÖ-nün "Hərbi Dəniz Qüvvələri imamı" saxlanılıb
# 05 sentyabr 2016 10:21 (UTC +04:00)

Bakı - APA. Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) Hərbi Dəniz Qüvvələrindəki imamı olduğu iddia edilən Orhan Sipahioğlu saxlanılıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, O. Sipahioğlu Gebze Prokurorluğu tərəfindən haqqında açılan cinayət işi çərçivəsində İstanbulun Beykoz rayonu ərazisində yaxalanıb.

Qeyd edək ki, uzun illər FETÖ lideri Fətullah Gülənin sağ qolu olmuş Nurəddin Veren telekanallara açıqlamasında Orhan Sipahioğlunun FETÖ-nün Hərbi Dəniz Qüvvələri imamı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR