Gürcüstanın iki telekanalı “Azerspace-1” üzərindən yayıma başlayır

Gürcüstanın iki telekanalı “Azerspace-1” üzərindən yayıma başlayır
# 04 fevral 2016 11:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərkosmos” ASC Gürcüstanın “Maestro TV” və “Saperavi TV” kanalları ilə kommersiya yayımına dair müqavilə imzalayıb.

“Azərkosmos”dan “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, kanallar 2016-cı ildən etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, “Maestro” kanalı 1995-ci ildə təsis edilib. “Saperavi TV”də isə qədim gürcü adət-ənənələrini əks etdirən proqramlar yayımlanır.

Peyk operatoru, həmçinin, Türkiyənin RS FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanal “Azerspace-1” peyki üzərindən 2016-cı ilin fevral ayından etibarən 11135/H/27500 tezliyi ilə yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR