Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxslər Azərbaycanda tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Ramin Bağırov və Gündüz Aslanov yaxalanıblar.