Haitidə daşqınlar nəticəsində 6 nəfər ölüb

Haitidə daşqınlar nəticəsində 6 nəfər ölüb
# 30 aprel 2016 04:35 (UTC +04:00)

Bakı-APA. Haitidə yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində 6 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə 4 min ev su altında qalıb.


Ən çox paytaxt Port-o-Prens şəhərinin ətrafındakı ərazilərə ziyan dəydiyi vurğulanır. Ölkədə yaşanan siyasi böhran səbəbindən yerli hökumət vətəndaşlara müvafiq yardım göstərə bilmir.

Təbii fəlakətlə üzləşən insanların əksəriyyəti təhlükəli zonalardan təxliyə olunmur. Mülki müdafiə xidmətləri daşqınların fəsadlarının aradan qaldırılması üçün resursların olmadığını qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR