SOCAR bir ildə neft hasilatını 2%-dək azaldıb

SOCAR bir ildə neft hasilatını 2%-dək azaldıb
# 26 oktyabr 2015 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında SOCAR tərəfindən 674,8 min ton neft hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu göstərici 2014-cü ilin 9 ayı ilə müqayisədə 1,74% azdır. Bu ilin avqust ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 3,49% azaldıb.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton, fevral ayında 641,9 min ton, mart ayında 717,2 min ton, aprel ayında isə 684,2 min ton, may ayında 706,5 min ton, iyun ayında 675,5 min ton, iyul ayında 702,5 min ton, avqust ayında 699,2 min ton neft hasil edilib

Bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 6 214,1 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin doqquz ayı ilə müqayisədə 1,44% azdır.

Bu ilin sentyabr ayı ərzində ölkə üzrə 3 501 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,92% çoxdur. Bu ilin avqust ayı ilə müqayisədə isə bu rəqəm 3,36% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 667,6 min ton, fevral ayında 3 293,0 min ton, mart ayında 3 722,1 min ton, aprel ayında isə 3 549,3 min ton, may ayında 3426,3 min ton, iyun ayında isə 3314,0 min ton, iyul ayında 3 531,9 min, avqust ayında isə 3 387,0 min neft hasil edilib

Bu ilin yanvar-avqust aylarında ölkə üzrə ümumilikdə 31 392,2 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk doqquz ayı ilə müqayisədə 2,46% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR