Elmir Vəlizadə: "İnternetin sürətinin artırılması istiqamətində işlər aparırıq"

Elmir Vəlizadə: "İnternetin sürətinin artırılması istiqamətində işlər aparırıq"
# 01 dekabr 2015 09:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bu gün Azərbaycanda internetin sürəti saniyədə 150-170 qiqabitdən yuxarıdır. Bizim saniyədə 500 qiqabitdən yuxarı sürəti olan qlobal şəbəkəyə çıxmaq üçün şəraitimiz var".

"APA-Economics"in xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini deyib ki, Cənubi Qafqazda Azərbaycan istifadəçilərin üzərinə düşən internetin həcmi baxımından liderdir: "Lakin bunlar bizi qane etmir. Biz internetin sürətinin artırılması istiqamətində xeyli işlər aparırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR