Axtarışda olan şəxs həbs edilib

Axtarışda olan şəxs həbs edilib
# 12 may 2016 07:21 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə axtarışda olan şəxs həbs edilib.

Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin cinayət axtarış bölməsinin əməkdaşları carı ilin mart ayının sonlarından axtarışda olan Balakən şəhər sakini, 1992-ci il təvəllüdlü Vasif Çingiz oğlu Əhməyevi rayon ərazisində tutaraq istintaqa təhvil veriblər. Vasif Əhməyevin barəsində Balakən rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb.

Məlumatda bildirilir ki, Vasif Əhməyev Balakən şəhər sakini Amil Xəlilova məxsus mağazadan oğruluq etdiyi üçün barəsində axtarış elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR