Naxçıvanda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində mövcud vəziyyət açıqlanıb

Naxçıvanda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində mövcud vəziyyət açıqlanıb
# 08 yanvar 2016 10:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikasında əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi sahəsində mövcud vəziyyət açıqlanıb.

APA-nın məlumatına görə, 2015-ci ildə əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə belə məhsullar soyuducu anbarlara tədarük edilmiş və keyfiyyəti daim nəzarətdə saxlanılıb.

Beləliklə, 1 iyul 2015-ci il tarixdən 4 yanvar 2016-cı il tarixədək soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş cəmi 2968 ton məhsul tədarük olunub. Bunun da 2040,89 tonu kartof, 532,93 tonu soğan, 29,30 tonu ərik, 309,31 tonu alma, 3,50 tonu armud, 28,30 tonu şaftalı, 20,20 tonu üzüm, 3,00 tonu kələm, 0,32 tonu sarımsaq məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 1641 tonunun satışı həyata keçirilib, 1 iyul 2015-ci il tarixə yaranmış 152 ton qalıq da daxil olmaqla, ümumilikdə, 2016-cı il yanvarın 4-nə soyuducu anbarlarda məhsul qalığı 1479 ton təşkil edib.

Əhalinin qış aylarında faraş tərəvəz məhsulları ilə təmin olunması ilə bağlı muxtar respublikada 113 min 892 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 21 istixana təsərrüfatı fəaliyyət göstərir. Bundan əlavə, fərdi təsərrüfatlarda, ümumilikdə, 100 min kvadratmetrdən çox sahədə sadə üsulda yaradılmış istixanalarda müxtəlif tərəvəz məhsulları əkilib. Muxtar respublikada mövcud olan ixtisaslaşdırılmış istixana təsərrüfatları tərəfindən 64 min 40 kvadratmetr sahədə pomidor, 35 min 504 kvadratmetr sahədə xiyar, 3000 kvadratmetr sahədə çiyələk, 900 kvadratmetr sahədə badımcan, 400 kvadratmetr sahədə göbələk, 6 min 232 kvadratmetr sahədə bibər, göyərti, brokoli, kahı və şitil olmaqla, ümumilikdə, 110 min 76 kvadratmetr sahədə əkin işləri aparılıb. 1 yanvar 2015-ci il tarixdən 4 yanvar 2016-cı il tarixədək ixtisaslaşdırılmış istixana komplekslərində yetişdirilən 1592,2 ton məhsul istehlak bazarının davamlı təchizatını təmin edib. Bunun 957,8 tonunu pomidor, 604,5 tonunu xiyar, 4,8 tonunu göbələk, 16,2 tonunu badımcan, 7,4 tonunu bibər, 1,5 tonunu göyərti təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR