Sumqayıtda yaşayış binasında yanğın baş verib, 15 sakin təxliyə olunub

Sumqayıtda yaşayış binasında yanğın baş verib, 15 sakin təxliyə olunub
# 23 sentyabr 2015 09:03 (UTC +04:00)

Bakı - APA. Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 3 kv.m sahədə məişət əşyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 bina sakini təhlükəsiz yerə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR