Türk Şurasının baş katibi Şuraya üzv ölkələrin BMT-dəki daimi təmsilçiləri ilə görüşüb - FOTOSESSİYA

Türk Şurasının baş katibi Şuraya üzv ölkələrin BMT-dəki daimi təmsilçiləri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 24 sentyabr 2015 19:52 (UTC +04:00)

Qazaxıstanın BMT-dəki daimi nümayəndəliyinin ofisində keçirilən görüş barədə məlumat APA-ya Türk Şurasının Baş katibliyindən daxil olub. Görüşdə Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Abdrəhmanov, Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Hüsniyyə Məmmədova, Qırğızıstanın BMT-dəki daimi nümayəndəsinin müavini Nuran Niyazəliyev və Türkiyənin BMT-dəki daimi nümayəndəsinin müavini Ləvənt Ələrin iştirak etdiyi görüşdə Türk Şurasının BMT-də müşahidəçi statusu əldə etməsi üçün görülmüş işlər və bu istiqamətdə atılacaq addımlar müzakirə edilib.

Görüş iştirakçıları bununla bağlı olaraq BMT-nin Baş Assambleyasında iştirak edəcək olan Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinə ətraflı məlumat verməyi qərara alıblar. Baş katib Həsənov və daimi nümayəndəliklərin rəsmi təmsilçiləri Türk Şurasına üzv olan ölkələrin xarici işlər nazirlərin sentyabrın 26-da Nyu-Yorkda keçiriləcək toplantısının gündəliyinə daxil edilməsi planlaşdırılan maddələri və toplantıya hazırlıq işlərini də müzakirə ediblər.

Görüşdə Türk Şurasının layihə direktorları Əli Çivilər, Yedim Mirzaxanov və protokol müdiri Əmrə Yurdaqul iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR