“Azercell Telekom” və “Kaspi” təhsil şirkəti 2 jurnalisti Londona dil kursuna göndərib - FOTOSESSİYA

“Azercell Telekom” və “Kaspi” təhsil şirkəti 2 jurnalisti Londona dil kursuna göndərib - <span style="color: red;">FOTOSESSİYA
# 07 oktyabr 2015 12:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Azercell Telekom” MMC-nin və “Kaspi” təhsil şirkətinin jurnalistlər üçün ingilis dili kursu təşkil etməsinə ilə əlaqədar mətbuat konfransı keçirilib.


APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, təmsil etdiyi şirkət yarandığı gündən təhsillə bağlı bir sıra layihələr həyata keçirib: "Biz eyni zamanda elm festivallarına dəstək veririk. Jurnalistlər üçün ingilis dili kursları 2006-cı ildən ildə 6 ay olmaqla təşkil olunur. Sonda imtahanlarda yüksək nəticə göstərmiş jurnalistlər arasından iki nəfər Londona iki həftəlik pulsuz dil kurslarına göndərilir. Bu il 73 jurnalist layihədə iştirak edib və dil kursu keçiblər. İnanırıq ki, “Kaspi” təhsil mərkəzi ilə əməkdaşlığımız bundan sonra da davam edəcək”.

"Kaspi" təhsil şirkətinin direktoru Elnur Vəliyev isə layihənin önəmini vurğulayaraq bildirib ki, kurslar peşəkar yerli və əcnəbi müəllimlər tərəfindən keçilir: “Hər il 60-dan çox jurnalist bu layihədə iştirak edir. Biz bu layihəyə böyük önəm veririk və ümid edirik ki, bu kurslar jurnalistlərin karyerasına böyük töhfə verəcək”.

Tədbirdə jurnalistlər üçün növbəti kursların qeydiyyat tarixi açıqlanıb. Jurnalistlər müvafiq sənədləri oktyabrın 8-dən 21-dək "Kaspi" təhsil şirkətinə təqdim etməlidirlər.

Sonda kurslarda yüksək nəticə göstərmiş jurnalistlər mükafatlandırılıb və 2 jurnalistin Londona göndəriləcəyi açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR