"Expressbank" adi iş rejimində müştərilərə xidmət göstərməkdə davam edir

"Expressbank" adi iş rejimində müştərilərə xidmət göstərməkdə davam edir
# 22 dekabr 2015 13:25 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank" müştərilərə adi iş rejimində xidmət göstərməkdə davam edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, müştərilər bankın filiallarına müraciət etməklə, müxtəlif bank xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, "Expressbank" müştərilərə geniş çeşiddə bank xidmətləri təklif edir: hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, bank kartları, təcili pul köçürmələri və s.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 400-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR