Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq - VİDEO

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq - <span style="color: red;">VİDEO
# 12 oktyabr 2015 09:49 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 17-19, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 13-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR