İsrail XİN: “Həmas öz fəaliyyətləri ilə Qəzza zolağının mülki əhalisinə zərər verir”

İsrail XİN: “Həmas öz fəaliyyətləri ilə Qəzza zolağının mülki əhalisinə zərər verir”
# 05 avqust 2016 11:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “ İsrail beynəlxalq yardım təşkilatlarının Qəzza zolağındakı əməliyyatlarını dəstəkləyir, lakin beynəlxalq ictimaiyyətin və vətəndaş cəmiyyəti təşkilatlarının Həmasın belə yardımlardan sui-istifadə etməsinin qarşısını almaq üçün yaxından nəzarət etmələri gözləyir ”.

APA-nın xəbərinə görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Açıqlamada bildirilib ki, dünyanın ən iri yardım təşkilatlarından biri olan World Vision-ın Qəzza qolunun direktoru olan Məhəmməd əl Hələbi öz mövqeyindən istifadə edərək ehityacı olan şəxslər üçün nəzərdə tutulmuş fond və resursların 60%-ni (təqribən 7,2 milyon dollar) Həmasın fəaliyyətlərini dəstəkləmək məqsədilə onlara yönləndirib.

“Bu hadisə Həmasın beynəlxalq humanitar yardımı və qərb ölkələrindən verilən resursları həyasızcasına istismar etdiyini göstərir. Həmas Qəzzanın ehtiyacları olan əhalisinə ayrılan vəsaiti öz terrorçu və hərbi imkanlarını gücləndirmək üçün istifadə edir. Bu isə İsrailin günahsız insanlarına qarşı yönəlib və onları təhdid edir. Həmas öz fəaliyyətləri ilə Qəzza zolağının mülki əhalisinə zərər verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR