Pakistan qanadlı raketi uğurla sınaqdan keçirib

Pakistan qanadlı raketi uğurla sınaqdan keçirib
# 19 yanvar 2016 23:14 (UTC +04:00)

Bakı-APA. Pakistan havadan müdafiə sisteminin aşkarlaya bilmədiyi “Ra"ad” (Hatf VIII) tipli qanadlı raketi uğurla sınaqdan keçirib.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, raket nüvə başlığı daşımaq imkanına malikdir. Raketin hədəf radiusu 350 km təşkil edir.

“Onun alçaq yüksəklikdə manevr edə bilmə qabiliyyəti müasir raketdən müdafiə sistemlərindən yayınmağa imkan verir”, - deyə bəyanatda bildirilib.

Məlumata görə, bu, 2007-ci ildən raketin 7-ci sınağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR