Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək

Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək
# 21 oktyabr 2015 11:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festival oktyabrın 26-dan 31-dək keçiriləcək.

Tədbir çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Vasif Adıgözəlov- 80” elmi konfransı və kamera konsertinin konserti, Azərbaycan Milli Konservatoriyasında “Vasif Adıgözəlovun yaradıcılıq irsi” - Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti, Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın 80 illiyinə həsr olunmuş yubiley gecəsi və başqa tədbirlər baş tutacaq.

Oktyabrın 31-də isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V. Adıgözəlovun “Natəvan” 3 hissəli operası nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR