Bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrləri təyin edilib

Bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrləri təyin edilib
# 25 fevral 2016 15:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Rəşid Şükür oğlu Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Çingiz Adil oğlu Bəşirov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Usaməddin Hidayət oğlu Osmanov isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR