Nokauta düşən boksçu dünyasını dəyişib

Nokauta düşən boksçu dünyasını dəyişib
# 15 sentyabr 2015 08:44 (UTC +04:00)

Bakı – APA. Avstraliyalı boksçu Devid Braun dünyasını dəyişib. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançının ölümünə filippinli boksçu Karlo Maqali ilə döyüşdə aldığı zədə səbəb olub.

Beynəlxalq Boks Federasiyasının (İBF) versiyası üzrə regional titullardan biri uğrunda baş tutmuş döyüş sentyabrın 11-də Avstraliyanın İnqlbern şəhərində keçirilib. Görüşün 12-ci raundunda filippinli boksçu rəqibi Braunu nokauta salıb.

Kəllə-beyin travması alan 28 yaşlı idmançı kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər həyatını xilas etmək üçün Braunu süni aparata qoşublar. Ancaq 3 günlük səylər bir nəticə verməyib və boksçu dünən dünyasını dəyişib.

Qeyd edək ki, peşəkar boksda 25 görüş keçirən Braun 22 qələbə qazanıb, 1 heç-heçə edib, 2 dəfə isə məğlubiyyətlə üzləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR