Beyləqanda Qaradağlı qətliamının qurbanlarını anım mərasimi keçirilib

Beyləqanda Qaradağlı qətliamının qurbanlarını anım mərasimi keçirilib
# 17 fevral 2016 11:50 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı - APA. Beyləqanda salınmış Xocavənd qəsəbəsində ermənilərin Qaradağlıda törətdiyi qətliamın 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ərazisində məskunlaşan xocavəndlilər və digər şəxslər iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə həmin gün şəhid olanların xatirəsinə ucaldılmış “Qaradağlı şəhidləri” abidə kompleksini ziyarət edib.

Qəsəbənin Mədəniyyət evində təşkil olunan tədbirdə hadisənin şahidləri çıxış edərək, törədilən vəhşiliklərdən danışıblar.

Sonda Mədəniyyət evinin və rayon məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR