Avstraliya paytaxtında Ermənistan əleyhinə etiraz aksiyası keçirilib

Avstraliya paytaxtında Ermənistan əleyhinə etiraz aksiyası keçirilib
# 08 aprel 2016 16:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Avstraliyanın paytaxtı Kanberra şəhərində Azərbaycan və Türkiyə diaspor nümayəndələri aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti və azərbaycanlıların Avstraliyada fəaliyyət göstərən digər diaspor təşkilatlarının təşkilatçılığı ilə baş tutan aksiya son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistanın intensivləşən təxribatçı hərəkətlərinə etiraz məqsədi ilə təşkil edilib.

Əllərində Azərbaycan bayraqlarını tutan azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək olduqlarını ifadə ediblər. Aksiyada “Qarabağ Azərbaycan ərazisidir”, “İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!”, “İşğala son!”, “Azərbaycan torpaqlarını öz xoşunla tərk et”, “Əsgərlərimizləyik” kimi şüarlar səslənib.

Qeyd edək ki, mitinq Avstraliyadakı erməni təşkilatlarının Azərbaycanın Kanberradakı səfirliyi önündə Azərbaycan əleyhinə aksiyası ilə paralel keçirilib. Saylarını çox göstərmək istəyən ermənilər mitinqə özləri ilə balaca uşaqları və yaşlı qadınları belə gətirməkdən çəkinməyiblər. Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Həcər Qoç bildirib ki, vəziyyət nə qədər gərgin olsa da, onlar ermənilərin hay-küyünə lazımi cavab veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR