“Unibank” “Visa kart” sahiblərinə səyahət paketi təqdim edir

“Unibank” “Visa kart” sahiblərinə səyahət paketi təqdim edir
# 23 may 2016 15:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” “Visa kart” sahibləri 120 dəfə daha az pul xərcləməklə, möhtəşəm səyahət paketini əldə edə bilərlər. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Visa ilə arzularınızın səyahətini qazanın!” stimullaşdırıcı lotereyası çərçivəsində Visa Premium-Visa Gold, Platinum və İnfinite kart sahibləri 50 manatdan (və ekvivalentində) başlayan nağdsız əməliyyat apardıqda, lotereya iştirakçısına çevrilirlər.

Lotereyada iyulun 31-dək Azərbaycan ərazisində və ya xarici ölkələrdə nağdsız əməliyyat

aparan hər kəs (kommunal ödəniş, telefon balansının artırılması, internet və kabel TV ödənişləri, kart balansının artırılması istisna olmaqla) iştirak edə bilər. Hər 50 manat ekvivalentindən başlayan əməliyyat (tranzaksiya) bir şansdır.

Uduş fonduna 6 ədəd hərəsi 6350 manat dəyərində səfər vauçeri, 120 ədəd 50 manat dəyərində “Sabina Perfumery” mağazalar şəbəkəsinin hədiyyə kartı daxildir. Lotereyada 18 yaşına çatmış fiziki şəxslər və Azərbaycan Respublikasının vətəndaşı və daimi yaşayışı olan şəxslər iştirak edə bilər.

Ətraflı məlumatı http://www.visa.com.az/ saytından əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR