Gürcüstanda əsən güclü külək fəsadlar törədib

Gürcüstanda əsən güclü külək fəsadlar törədib
# 17 aprel 2016 01:32 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Aprelin 16-da əsən güclü külək Gürcüstanda, həmçinin paytaxt Tiflis şəhərində fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Tiflis şəhərindəki “Didube plaza” biznes-mərkəzin yanında taksi sürücüsünün üstünə ağac düşüb. Tiflis şəhərindəki Saburtalo 61 küçəsində də güclü külək 4 mərtəbəli yaşayış korpusun damının bir hissəsini qaldıraraq həyətə atıb və xoşbəxtlikdən heç kim xəsarət almayıb. Bina sakinləri damın ikinci hissəsinin də yola düşə biləcəyindən ehtiyatlanırlar.

Tiflisdəki “Axmeteli Teatrı” metrosunun yaxınlığında dayanan avtomobilin üstünə də ağac düşüb. Hadisə nəticəsində yolda tıxac yaranıb.

Məlumata görə, Tiflis Fövqəladə Hallar Xidmətinin əməkdaşları şəhərdə küləyin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görür.

Sinoptiklərin verdiyi məlumata görə, aprelin 18-dən 21-dək Gürcüstanda havalar mülayimləşəcək və havanın temperaturu 27 dərəcəyədək yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR