ABŞ prezidenti Orlando şəhərinə gedəcək

ABŞ prezidenti Orlando şəhərinə gedəcək
# 14 iyun 2016 03:52 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama iyunun 16-da Orlando şəhərinə səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

“İyunun 16-da prezident Barak Obama məlum hadisələr zamanı ölənlərin yaxınlarına başsağlığı vermək üçün Orlando şəhərinə səfər edəcək”, deyə C.Ernest bildirib.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR