İsmayıllıda avtomobil aşıb, 3 nəfər ağır xəsarət alıb

İsmayıllıda avtomobil aşıb, 3 nəfər ağır xəsarət alıb
# 23 sentyabr 2016 14:17 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində İsmayıllı-Qaraməryəm yolunun 2-ci kilometrliyində qeydə alınıb.

İsmayıllının Kürdmaşı kənd sakininə məxsus 31-EP-121 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan şəxslər - 1979-cu il təvəllüdlü Hacıyev Zaur Ədalət oğlu, 1965-ci il təvəllüdlü Cəfərov Salman Abdulla oğlu və 1968-ci il təvəllüdlü Cəfərova Ruqiyə Allahverdi qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR