Bakının yaşıllıq zonalarında salınmış qeyri-qanuni tikililərin sökülməsi davam etdirilir

Bakının yaşıllıq zonalarında salınmış qeyri-qanuni tikililərin sökülməsi davam etdirilir
# 18 mart 2016 14:23 (UTC +04:00)

Bakı-APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtın yaşıllıq zonalarındakı qeyri-qanuni inşaat işlərinin qarşının alınması üçün qanunvericilik çərçivəsində mübarizəni davam etdirir.

BŞİH-dən APA-ya bildirilib ki, ötən il paytaxtın Şıx çimərliyi ilə üzbəüz yerləşən “Dostluq” parkındakı qeyri-qanuni tikililərin söküntüsünə başlanıb. Bundan əvvəl Suraxanı rayonunda hərbi hissəsinin yaxınlığında yerləşən yaşıllıq zonasında, Sabunçudakı Mərkəzi parkda, eləcə də Binəqədi və Nərimanov rayonu ərazilərində aşkarlanan qanunsuz tikililərin söküntüsü həyata keçirilib. Paytaxtda qanunsuz tikililərlə mübarizəyə digər dövlət strukturları da cəlb edilib, ötən il daxili işlər orqanları tərəfindən aparılmış əməliyyat zamanı yaşıllıq zonalarında qanunsuz torpaq alqı-satqısı aparmaqda şübhəli bilinən iş adamı saxlanıb.


Hazırda isə Binəqədi rayonu, Zərifə Əliyeva parkının yaxınlığındakı “Zeytunluq” deyilən yaşıllıq zonasında qeyri-qanunu tikilinin sökülməsinə başlanıb. BŞİH-nin açıqlamasında qeyd edilir ki, bundan sonra da paytaxtın ümumi memarlıq ansamblını pozan, ekoloji gərginlik yaranmasına səbəb olan qeyri-qanuni tikililər aşkarlandıqca onların söküntüsü davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR