Azərbaycanda bazar ertəsi gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda bazar ertəsi gözlənilən hava şəraiti açıqlanıb
# 29 noyabr 2015 10:30 (UTC +04:00)

Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz ediləcək. Havanın temperaturunun gecə 7-10, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində yağış yağacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR