Gürcüstan və Ukraynanın televiziya və radio kanalları "Azərspace-1" üzərindən yayımlanacaq

Gürcüstan və Ukraynanın televiziya və radio kanalları "Azərspace-1" üzərindən yayımlanacaq
# 19 yanvar 2016 15:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərkosmos" ASC və Gürcüstanın "The Georgian Public Broadcasting" (GPB) şirkəti arasında "Adjara TV" kanalının kommersiya yayımına dair müqavilə imzalanıb.

Peyk operatorundan "APA-Economics"ə verilən məlumata görə, 2005-ci ildən etibarən rəsmi olaraq Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən GPB şirkətinə 17 televiziya və 15 radio kanalı daxildir. Şirkətin tərkibində fəaliyyət göstərən televiziya kanalları vasitəsilə əsasən, ictimai-siyasi proqramlar, musiqi verilişləri, bədii, cizgi və sənədli filmlər nümayiş olunur. "Adjara TV" 2016-cı ildən etibarən 11095/H/27500 tezliyi ilə yayımlanır.

Peyk operatoru, həmçinin, Ukraynanın "Radio 24" və "Lux FM" radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqili və informativ proqramların səsləndiyi radio kanallar "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11016/171 tezliyi ilə yayımlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR