Dünya bazarında qızıl 5 dollardan çox bahalaşıb

Dünya bazarında qızıl 5 dollardan çox bahalaşıb
# 18 mart 2016 06:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,90% - 17 481,49 bəndədək artıb, NASDAQ 0,23% - 4 774,98 bəndədək, S&P 500 0,66% - 2 040,59 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,42% - 6 201,11 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,91% - 9 892,20 bəndədək, Fransa CAC-40-ı 0,45% - 4 442,89 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 5,07 dollar bahalaşaraq 1 263,04 dollara, gümüş isə 0,07 dollar artaraq 16,11 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR