Bahar Muradova: “Bəzi məsələlərdə bugünkü gənclikdən nümunə götürürəm”

Bahar Muradova: “Bəzi məsələlərdə bugünkü gənclikdən nümunə götürürəm”
# 02 fevral 2016 09:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisdə sədr müavini Bahar Muradova və bir qrup gənc deputatın 2 fevral - Gənclər günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri ilə görüşü keçirilib.

APA-nın məlumatına görüşdə, B. Muradova bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri təhdidlərə məruz qalırdı: “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mövcud problemlərin həllində xüsusi rol oynadı. Bu gün ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir. Əsas odur ki, qarşıya qoyulan hədəflərə daha sürətlə çatırıq. Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən edib. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıb. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Eyni zamanda, bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır. Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bəzi məsələlərdə bugünkü gənclikdən nümunə götürürəm. Çünki indiki gənclər ideya verir və istiqamətlər göstərir. Hətta indiki gənclər həyatın bütün sahələrinə nüfuz edəcək güc halına gəlib. Bu gücün önündə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gəlir”.

YAP GB sədri Seymur Orucov çıxış edərək ölkə gənclərinə və onların həyata keçirdikləri layihələrə dəstək olduqlarına görə Milli Məclisin rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra YAP GB-nin “İdarəetmədə islahatlar və gənclik: gənclər Milli Məclisdə” layihəsinin təqdimatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR