Əmək müqaviləsi bildirişləri elektron informasiya sistemindən istifadə göstəriciləri açıqlanıb

Əmək müqaviləsi bildirişləri elektron informasiya sistemindən istifadə göstəriciləri açıqlanıb
# 12 yanvar 2016 12:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ötən ay əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 143 363 dəfə faydalanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 114 952 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 28 411 dəfə istifadə qeydə alınıb.

Hər iki e-xidmət 2014-cü ilin ortalarında Azərbaycanda əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən istifadəyə verilib və əhalinin ən çox müraciət etdiyi e-xidmətlər sırasındadırlar. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək müqaviləsi bağlanıldığı, ona dəyişiklik edildiyi və ya xitam verildiyi halda bu barədə müvafiq bildiriş formasının ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi üçün nəzərdə tutulub. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir.

“Elektron hökumət” portalından ümumi istifadənin dekabr ayı ərzində 23,4%-i (168 584 dəfə istifadə) və ya 2015-ci il ərzində 19%-i (2 210 442 dəfə istifadə) nazirliyin e-xidmətlərinə aid olub.

Ümumilikdə ötən iki ilə yaxın müddət ərzində ƏƏSMN-nin təqdim etdiyi elektron xidmətlərdən 4,7 mln. dəfə istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR