Paytaxt sakinindən silah-sursat götürülüb

Paytaxt sakinindən silah-sursat götürülüb
# 06 yanvar 2016 10:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən silah-sursat götürülüb.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Mirzəliyevdən “AKM” markalı silah və 23 ədəd patron götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR