Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması üçün yeni qaydalar tətbiq edilir

Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması üçün yeni qaydalar tətbiq edilir
# 12 aprel 2016 09:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında uşaq hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, iclasda “Uşaq hüquqları haqqında” və “Telekommunikasiya haqqında” qanunlara uşaqların hüquqlarını nəzərdə tutan yeni müddəaların əlavə olunması müzakirə edilib. “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) edilməsi nəzərdə tutulan layihəyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.

“Telekommunikasiya haqqında” qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) əlavə ediləcək bəndə görə isə abunəçilərin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsi də təsbit olunur. Qanunun 34-cü maddəsinə (Abunəçilərin hüquq və vəzifələri) nəzərdə tutulan dəyişiklikdə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək imkanı olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR