ADİF: "Texnikabank"ın əmanətçilərinə 1,1 mln. manat kompensasiya ödənilib

ADİF: "Texnikabank"ın əmanətçilərinə 1,1 mln. manat kompensasiya ödənilib
# 15 fevral 2016 20:30 (UTC +04:00)

Bakı – APA-Economics. Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan (ADİF) “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 1,1 milyondan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Xatırladaq ki, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR