Azərbaycan prezidenti Türkiyə hökuməti ilə imzalanmış Anlaşma Memorandumunu təsdiqləyib

Azərbaycan prezidenti Türkiyə hökuməti ilə imzalanmış Anlaşma Memorandumunu təsdiqləyib
# 12 oktyabr 2015 17:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunu təsdiq edib.

APA-nın məlumatına görə, sənədlə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” 2015-ci il martın 21-də Bakı şəhərində və 2015-ci il aprelin 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR