Misirin Şarm əl Şeyx şəhəri ilə Azərbaycan arasında birbaşa aviareys açılacaq

Misirin Şarm əl Şeyx şəhəri ilə Azərbaycan arasında birbaşa aviareys açılacaq
# 30 mart 2016 10:56 (UTC +04:00)

Qahirə. Türbət Bağırova - APA. “Şarm əl Şeyxdən Azərbaycana birbaşa aviareysin açılması məsələsi gündəmdədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov azərbaycanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yaxın gələcəkdə bu reysin açılması nəzərdə tutulub: “Bununla bağlı hazırda iş gedir. İki tərəf arasında yazışmalar, danışıqlar davam etdirilir, konkret işlər görülüb və ümumi razılıq əldə olunub. İlkin mərhələdə uçuşların Misir Hava Yolları tərəfindən həyata keçirilməsi nəzərdə tutulub”.

Hazırda aviaşirkətlərin Şarm əl Şeyxə uçuşlara başlamadığını nəzərə çatdıran müşavir aprel ayında aviaşirkətlərin əksəriyyətinin uçuşları bərpa edəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR