“Unibank” dəmiryolçular üçün xüsusi kampaniya keçirir

“Unibank” dəmiryolçular üçün xüsusi kampaniya keçirir
# 12 oktyabr 2015 15:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” dəmir yolu əməkdaşlarının peşə bayramını xüsusi kampaniya ilə təbrik edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, oktyabrın 12-dən 19-dək davam edən kampaniya çərçivəsində dəmiryolçuları üçün “Albalı Plus” kartları pulsuz olacaq.

Kampaniya müddətində “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları bank filiallarına pulsuz “Albalı Plus” kartı və nağd kredit üçün müraciət edə bilər. Hazırda bankda 10m 000 manatadək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir. Manat kreditləri 36 ayadək müddətə verilir.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR